AZ

İran Xark adasının ətrafını minalamağa başlayıb CNN

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

Məlumata görə, rəsmi Tehran ABŞ tərəfindən mümkün quru hücumu riskini nəzərə alaraq ada ətrafına dəniz minaları yerləşdirir və əraziyə hava hücumundan müdafiə (HHM) sistemlərini gücləndirir. Xüsusilə, adanın hava və dənizdən qorunması məqsədilə əlavə texnika və hərbi qüvvələrin cəlb edildiyi bildirilir. Ekspertlərin fikrincə, Xark adası İranın neft ixracı üçün əsas mərkəzlərdən biridir və bu səbəbdən onun təhlükəsizliyi ölkənin iqtisadi və strateji maraqları baxımından böyük əhəmiyyət daşıyır. Hazırda regionda gərginliyin artması fonunda tərəflər arasında qarşıdurma riskinin yüksəldiyi qeyd olunur. Röya Əliyeva Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
76
1
azvision.az

2Mənbələr