AZ

Şoyqu: Həyati infrastrukturdan İrana təzyiq vasitəsi kimi istifadə qəbuledilməzdir

BAKI, 26 mart. TELEQRAF

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu İrana və Fars körfəzi ölkələrinə qarşı həyati infrastruktur obyektlərindən hərbi təzyiq vasitəsi kimi istifadəni qəbuledilməz adlandırıb.

Teleqraf xəbər verir ki, onun sözlərini Rusiya Təhlükəsizlik Şurası aparatının mətbuat xidməti yayıb.

Şoyqu qeyd edib ki, suyun duzsuzlaşdırılması kimi infrastrukturların sıradan çıxarılması iri şəhərlərdə sürətli susuzlaşmaya, səhiyyə sistemlərinin dayanmasına və nəticədə milyonlarla qaçqının yaranmasına səbəb ola bilər.

“Əminik ki, həyati təminat obyektlərindən hərbi təzyiq aləti kimi istifadə tamamilə qəbuledilməzdir”, - deyə o vurğulayıb.

Qeyd edək ki, daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvanın Yaxın Şərqdə nizamlanmada vasitəçi olmağa hazır olduğunu bildirib.

Seçilən
55
teleqraf.com

1Mənbələr