Xəbər verdiyimiz kimi, Azərbaycan və Mərkəzi Bakı ərazisi su çatışmazlığı riski altındadır.
Bu məlumat Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.
Bildirilib ki, BMT-nin İqlim Dəyişikliyi haqqında Çərçivə Konvensiyasına dair Milli Hesabata görə, iqlim dəyişikliyi səbəbi ilə milli su ehtiyatlarının 2050-ci ilə qədər 23%-dən çox azalacağı ehtimal edilir.
Maraqlıdır, “Azərsu” Açıq Səhmdar Cəmiyyəti bu barədə nə düşünür və nə planlaşdırır?
Məsələ ilə bağlı “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı "Cebhe.info"-ya açıqlamasında bildirdi ki, ölkənin şirin su ehtiyatlarının cəmi 2-2,2 faizi içməli su məqsədilə istifadə olunur:

"Hazırda Azərbaycanda içməli su ilə bağlı sıxıntı yoxdur".