AZ

ABŞ ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub

Marja.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-la yaşanan gərginlik və regiondakı son vəziyyətlə bağlı açıqlamalar verərək, Vaşinqton administrasiyasının hərbi məqsədlərinə çata bilmədiyini bildirib.

Əraqçi qeyd edib ki, ABŞ-ın “sürətli qələbə” və “rejim dəyişikliyi” kimi hədəfləri uğursuz olub. Onun sözlərinə görə, bu məqsədlərin heç biri reallaşmayıb.

VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nazir vurğulayıb ki, ABŞ ilə hər hansı rəsmi danışıqlar prosesi mövcud deyil. O bildirib ki, vasitəçilər üzərindən ötürülən mesajlar danışıqlar anlamına gəlmir:

“ABŞ müxtəlif kanallar vasitəsilə İrana mesajlar göndərir, lakin buna baxmayaraq, İranın ABŞ ilə birbaşa görüşmək niyyəti yoxdur.”

Əraqçi əlavə edib ki, təqdim olunan təkliflər İranın yüksək səviyyəli rəsmiləri tərəfindən qiymətləndirilir.

Müharibənin başa çatmasını istədiklərini bildirən nazir, eyni zamanda dəyən zərərin kompensasiya olunması tələbini bir daha gündəmə gətirib.

Region ölkələrinə müraciət edən Əraqçi belə deyib:

“Qonşu ölkələr ABŞ-dan uzaq durmalıdır.”

Nazir həmçinin bildirib ki, İran öz təhlükəsizliyinin təhdid edilə bilməyəcəyini dünyaya nümayiş etdirib. Onun sözlərinə görə, ABŞ regionda geniş hərbi mövcudluğuna baxmayaraq, müttəfiqlərini qorumaqda uğursuz olub.

İş elanları AzVak.az-da

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
1
marja.az

2Mənbələr