AZ

Tramp administrasiyası neftin qiymətini 200 dollara yüksəltməyi nəzərdən keçirir

BAKI, 26 mart. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın nümayəndələri neftin qiymətinin bir barel üçün 200 dollara yüksəlməsi ssenarisinin mümkün nəticələrini araşdırır.

Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.

Mənbələrin bildirdiyinə görə, Tramp administrasiyasının rəsmiləri neft qiymətlərində belə kəskin artımın iqtisadiyyata təsirini qiymətləndirir.

Qeyd olunub ki, neft qiymətlərində daha böyük artımın iqtisadi artım perspektivlərinə nə dərəcədə zərər verə biləcəyinin modelləşdirilməsi gərginlik dövrlərində aparılan müntəzəm qiymətləndirmələrin bir hissəsidir və bu, proqnoz xarakteri daşımır. Bu səylər administrasiyanın bütün mümkün vəziyyətlərə, o cümlədən uzunmüddətli münaqişəyə hazır olmasını təmin etməyə yönəlib.

Həmçinin bildirilib ki, neftin qiymətinin 200 dollara çatması qlobal iqtisadiyyat üçün ciddi şok ola bilər.

Seçilən
26
teleqraf.com

1Mənbələr