AZ

Ölkə ərazisində yağıntılar davam edir - FAKTİKİ HAVA

Martın 26-sı saat 9:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir.

AzEdu.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Düşən yağıntının miqdarı Ağdamda 7, Şabran, Bərdə, eyni zamanda Bakıda və Abşeron yarımadasında 6, Xızı, Sədərək və Şərurda 5, Beyləqan, Xaçmaz, Goranboy və Zərdabda 4, Quba, Tərtər, Culfa, Ordubad, Naxçıvan, Naftalan, Tovuz, Şəki, Oğuz, Şamaxı, Yevlax, Ağstafa, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Zaqatala, Qəbələ, Qobustan, Şahdağ, Balakən, Qax, Qusar, Şirvan, Mingəçevir, Göyçay, İmişli, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı və Füzulidə 3 mm-dir.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir, Balakən, Sarıbaş(Qax), Şəki, Oğuz, Qəbələ, Qobustan, Şamaxı, Quba, Qusar, Tərtər, Göyçay, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Seçilən
21
49
azedu.az

10Mənbələr