Olaylar.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius danışıb.
"Atəşkəs haqqında razılaşmaya nail ola bilsək, təhlükəsizliyin təmin olunması, o cümlədən Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təmin edilməsi üçün silahlı qüvvələrin səfərbər olunması ilə bağlı istənilən variantı müzakirə edəcəyik", - deyə Pistorius bildirib.
Bununla belə almaniyalı nazir xüsusi olaraq vurğulayıb ki, Berlin İsrail və ABŞ-nin İrana qarşı başlatdığı müharibəyə qoşulmayacaq.
Onun sözlərinə görə, bu iqtiqamətdə məsləhətləşmələr əvvəlcədən aparılıb və İrandakı müharibə Almaniyanın müharibəsi deyil.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31