AZ

Tehranın “hədəf siyahısı” bəlli oldu Körfəzə mesaj: “O xəritə İranın masasındadır” KONKRET

ain.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İran mediasının məlumatına görə, Səudiyyə Ərəbistanı və Küveytdə kritik enerji infrastrukturunu göstərən xəritə İran Silahlı Qüvvələrinin əlindədir.

KONKRET.az-ın xəbərinə görə, bu barədə İranın “Hemshahr” xəbər saytı adı açıqlanmayan iranlı rəsmiyə istinadən məlumat yayıb.

Açıqlamada bildirilib ki, düşməncəsinə bir hərəkət olarsa, Küveyt-Səudiyyə Ərəbistanı müştərək neft bölgəsi, Vafra və Burgan neft yataqları, Əl-Zor və Şüeybə elektrik stansiyaları və digər strateji infrastrukturlar cavab hədəfləri siyahısında olacaq.

Bu kontekstdə İranın ABŞ və ya İsrailin istənilən strateji hücumuna cavab verməyə hazır olduğu irəli sürülüb.

Dəniz Pənahova

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
30
1
konkret.az

2Mənbələr