AZ

Tramp Netanyahunun İranla bağlı bu təklifini rədd etdi

ABŞ prezidenti Donald Trumpın İsrailin baş naziri Benjamin Netanyahunun iranlıları rejimə qarşı küçələrə çıxmağa çağırmaq təklifini rədd etdiyi bildirilir.

Turkustan.az xəbər verir ki, ABŞ-ın Axios portalının yaydığı məlumata görə, iki ABŞ rəsmisi və adı açıqlanmayan İsrail mənbəsi liderlər arasında keçirilən görüşün detalları barədə danışıb.

Mənbələrin sözlərinə görə, Netanyahu görüş zamanı İran rejiminin daxildə ciddi çətinliklərlə üzləşdiyini və bu vəziyyətdən istifadə üçün əlverişli fürsətin yarandığını qeyd edib. O, hər iki liderin eyni vaxtda iranlıları etirazlara çağıran birgə bəyanat verməsini təklif edib.

Lakin Tramp bu təşəbbüsün zorakılıq və itkilərə səbəb ola biləcəyindən ehtiyat etdiyini bildirərək təklifi qəbul etməyib. O, belə bir çağırışın məqsədəuyğunluğunu da sual altına alıb.

Bununla yanaşı, iddialara görə, Netanyahu martın 17-də baş tutan telefon danışığında ABŞ ilə birgə həyata keçirilən hücumların İran xalqına “azadlıq fürsəti” yaratdığını və bunun ölkə daxilində üsyan mesajı verdiyini vurğulayıb.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
25
turkustan.az

1Mənbələr