AZ

Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır

Bu gündən "NomadMania" klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harri Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayır.

News365.az xəbər verir ki, budəfəki heyətə 37 ölkədən 79 nəfər daxildir, bu da sayca indiyədək Qarabağ və Şərqi Zəngəzura səfər edən beynəlxalq səyahətçilərin ən böyük qrupudur.

"NomadMania" Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla hazırda dünya üzrə birinci yerdə qərarlaşıb. "NomadMania" illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.

Bu səfər işğaldan azad edilmiş ərazilərin "black tourism" çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.


Seçilən
15
34
news365.az

10Mənbələr