AZ

Beynəlxalq səyyahlar Xocalıya səfər ediblər, Soyqırımı Memorialı ilə tanış olublar

“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidisin başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilər Qarabağ və Şərqi Zəngəzura səfərləri çərçivəsində Ağdamdan Xocalıya yollanıblar.

APA-nın Qarabağ bürosu xəbər verir ki, onlar Xocalı Soyqırımı Memorialı ilə tanış olublar.

Səyyahlar memorial haqqında məlumat əldə ediblər.

Qeyd edək ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Beynəlxalq Beynəlxalq
Seçilən
25
11
apa.az

10Mənbələr