Ukrayna Silahlı Qüvvələri son 24 saat ərzində 890 rus hərbçisini öldürüb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Məlumatda son sutkada məhv edilən rus hərbi texnikalarının siyahısı da dərc edilib.
Həmin siyahını təqdim edirik:
- Zirehli döyüş maşınları – 13 ədəd;
- Artilleriya sistemləri – 30 ədəd;
- MLRS – 12 ədəd;
- PUA-lar – 1023 ədəd;
- Hərbi nəqliyyat vasitəsi - 180 ədəd.
/AzPolitika.info/