AZ

Azərbaycan cüdo yığmasının ilkin heyəti müəyyənləşib

Cüdo üzrə Azərbaycan millisinin aprelin 16–19-da Gürcüstanın paytaxtı Tbilisidə böyüklər arasında keçiriləcək Avropa çempionatı üçün ilkin heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından "Unikal"a verilən məlumata görə, ilkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.

Kişilərdən ibarət yığmada Balabəy Ağayev, Əhməd Yusifov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev (73 kiloqram), Hidayət Heydərov (81 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (90 kiloqram), Murad Fətiyev (100 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Kənan Nəsibov (+100 kiloqram), qadınların komandasında isə Könül Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kiloqram), Leyla Əliyeva, Gültac Məmmədəliyeva (52 kiloqram), Südabə Ağayeva (70 kiloqram) və Madina Kaisinova (+78 kiloqram) yer alıblar.

Azərbaycan milli komandasının yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.

Seçilən
19
5
unikal.az

7Mənbələr