Beynəlxalq səyyahlar Ağdamdadır
“NomadMania” klubunun təsisçisi və rəhbəri, yunan əsilli Böyük Britaniya vətəndaşı Harry Mitsidis-in başçılığı ilə dünya miqyaslı beynəlxalq səyahətçilərin Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.BUTA.TV xəbər verir ki, onlar səfər çərçivəsində Ağdam şəhərinə gəliblər. Beynəlxalq səyyahlar işğaldan azad olunmuş Ağdam şəhərində burada həyata keçirilən tikinti-quruculuq işləri və tarixi məkanlarla tanış olacaqlar.