Gürcüstanın paytaxtı Tbilisidə aprelin 16-19-da cüdo üzrə böyüklər arasında Avropa çempionatı keçiriləcək.
Msport.az xəbər verir ki, yarışında iştirak edəcək milli komandamızın ilkin heyəti bəlli olub. İlkin siyahıya 9 kişi və 6 qadın olmaqla ümumilikdə 15 cüdoçu daxil edilib.
Milli komandamızın yekun heyəti yarışa bir həftə qalmış açıqlanacaq.
Avropa çempionatı üçün ilkin heyət aşağıdakı kimidir:
Kişilər
-60 kq
Balabəy Ağayev, Əhməd Yusifov
-66 kq
Ruslan Paşayev
-73 kq
Hidayət Heydərov
-81 kq
Zelim Tçkayev, Ömər Rəcəbli
-90 kq
Murad Fətiyev
-100 kq
Zelim Kotsoyev
+100 kq
Kənan Nəsibov
Qadınlar
-48 kq
Könül Əliyeva, Şəfəq Həmidova
-52 kq
Leyla Əliyeva, Gültac Məmmədəliyeva
-70 kq
Südabə Ağayeva
+78 kq
Madina Kaisinova