AZ

Sabiq baş məşqçi yaddaşını itirib

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Con Benjamin Toşak yaddaşını itirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə məlumatı onun oğlu Kamerun Toşak yayıb.

Onun sözlərinə görə, təcrübəli mütəxəssisə demensiya diaqnozu qoyulub.
“Bu, dəhşətli xəstəlikdir. Əsasən qısamüddətli yaddaşa təsir edir. Demək olar ki, hər gün onunla danışıram və əgər günün ikinci yarısında söhbət etsək, səhər danışdığımızı xatırlamaya bilər. Yalnız “Liverpul”dakı günləri, “Real Sosyedad” və ya “Real”la bağlı xatirələrini soruşanda hiss edirəm ki, detalları heyrətamiz dərəcədə dəqiq yadında saxlayıb” – K.Toşak bildirib.
Qeyd edək ki, “Liverpul”da 100-dən çox oyun keçirmiş, Uels millisinin heyətində 40 matçda iştirak etmiş Con Benjamin Toşak məşqçi kimi “Sportinq”, “Real Sosyedad”, “Real”, “Deportivo”, “Beşiktaş” kimi klublarda, həmçinin Uels, Şimali Makedoniya yığmalarında fəaliyyət göstərib. Son klubu İranda “Traktor” olan Toşak 2013-cü ildə ölkəmizdə “Xəzər Lənkəran”a rəhbərlik edib. (Teleqraf)
Seçilən
15
3
nocomment.az

10Mənbələr