Ermənistan Baş naziri Nikol Paşinyan seçkiqabağı dövrdə Avrasiya İqtisadi İttifaqının (Aİİ) tədbirlərində iştirak edib-etməyəcəyinə əmin deyil.
"Cebheinfo.az" xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında bildirib.
“Seçkiqabağı dövrə qədəm qoyduğumuz üçün Aİİ çərçivəsində tədbirlərdə nə dərəcədə iştirak edə biləcəyimi bilmirəm. İndi çalışırıq, baxacağıq”, - Paşinyan qeyd edib.
Xatırladaq ki, Ermənistan parlamentinə seçkilər 7 iyunda keçiriləcək.
"Cebheinfo.az"