AZ

Sevgilisini əri ilə birgə yaşadıqları evdə 10 il gizlədən qadın Sirli qətlin hekayəsi FOTO

ain.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sevgilisini əri ilə birlikdə yaşadığı evdə 10 il gizlədən qadının hekayəsi bu günlərdə yenidən gündəmə gəlib.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, qeyri-adi hadisə İngiltərədə yaşanıb.

Belə ki, hekayə 1913-cü ildə Miluokidə başlayıb. Dolli varlı tekstil fabrikinin sahibi Fred Oesterreiç ilə evli idi. Sonralar çox məşhurlaşacaq bu qadının hekayəsi evdəki tikiş maşının sınması ilə başlayıb. O, 17 yaşlı Otto Sanhuberi sınmış tikiş maşınını düzəltmək üçün evinə çağırır və bundan sonra həyatı tamamilə dəyişir.

Aralarında cazibə o qədər güclü idi ki, Dolli əvvəlcə gənc sevgilisini "avara ögey qardaşı" kimi təqdim edir. Lakin qonşuların dedi-qodularından qorxaraq daha sonra gənc oğlanı evlərinin çardağında gizlədir.

Otto 10 il çardaqda yerləşən kiçik bir yerdə yaşayır. Fred işə gedəndə ev işləri görmək və Dolli ilə vaxt keçirmək üçün aşağı mərtəbəyə enirdi.

Fred evə qayıdanda isə Otto öz yerinə qayıdıb sakitcə elmi fantastika hekayələri yazardı. 

Ən maraqlı tərəfi odur ki, Oesterreiç cütlüyü Los-Ancelesə köçmək qərarına gələndə Dolli xüsusi olaraq çardaqlı bir ev seçir. Otto gizlicə yeni evin çardağına yerləşir və bu vəziyyət illərlə davam edir.

22 avqust 1922-ci il gecəsi Fred və Dolli arasında şiddətli mübahisə başlayır. Çardaqdan gələn səsləri eşidən və sevgilisinin təhlükədə olduğuna inanan Otto iki tapança ilə aşağı mərtəbəyə enir. Fredlə Otto arasında davam edən mübahisədən sonra ev yiyəsi ölür.

Daha sonra cütlük bunu "soyğunçuluq" kimi göstərmək üçün ağıllı bir plan hazırlayır. Otto Dollini şkafa kilidləyir, pul və zinət əşyalarını götürərərk çardaqda gizləndiyi yerə qayıdır. Polis gələndə Dollini şkafda kilidli vəziyyətdə tapdığı üçün və cinayətin çöldən gələn oğrular tərəfindən törədildiyinə əmin olurlar.

Sirrin üstü necə açılır?

Qətldən 8 il keçir. Bu müddət ərzində Dolli vəkili Herman Şapiro ilə yeni bir münasibətə başlayır. Lakin, günahkarlıq və ya ehtiyatsızlıq üzündən Dolli illər əvvəl oğurlandığını iddia etdiyi brilyant saatı vəkilinə hədiyyə etdikdə şübhə obyektinə çevrilir. Nəhayət, Dolli həbsxanaya düşəndə vəkilinə çardaqda "avara ögey qardaşı" olduğunu və onun ona baxmalı olduğunu etiraf edir. Vəkil çardağa girəndə gördüklərindən şoka düşür: solğun, arıq, lakin sağ bir kişi orada gözləyirdi.

Otto Sanhuber qətli etiraf etsə də, üzərindən uzun müddət keçdiyindən sərbəst qalır. Dolli isə uzun məhkəmə proseslərindən sonra bəraət alır.

1961-ci ildə ölümünə qədər Los-Ancelesdə yaşamağa davam edən qadın tarixin ən qəribə sevgi üçbucaqlarından birini geridə qoymuşdu.

Bu gün "Çardaqdakı Adam" kimi bir çox filmə ilham verən bu hadisə, insan psixologiyasının və sədaqətinin dərinliklərinin nə qədər qaranlıq ola biləcəyini sübut edir.

Billurə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
1
olke.az

2Mənbələr