AZ

Oyun oynamaq sadəcə əyləncə deyil Gizli faydalar açıqlandı

Milli.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Stolüstü oyunlar beyin sağlamlığını qorumaq, yaşla bağlı dəyişikliklərin sürətini azaltmaq və yaddaş, diqqət, həmçinin düşünmə qabiliyyətini gücləndirmək üçün effektiv vasitə hesab olunur".

Milli.Az xəbər verir ki, rusiyalı nevroloq Marianna Cikiya bu barədə Gazeta.ru-ya açıqlamasında danışıb.

"Adətən stolüstü oyunlara sadəcə əyləncə kimi yanaşılır, lakin nevroloji baxımdan bu oyunlar beynin məşqi üçün çox faydalıdır. Oyun zamanı neyronların fəaliyyəti artır, neyroplastiklik güclənir və idrak ehtiyatı formalaşır. Bu ehtiyat nə qədər yüksək olarsa, beyin yaşlanma prosesinə qarşı funksiyalarını bir o qədər uzun müddət qoruyub saxlayır", - deyə mütəxəssis bildirib.

Nevroloq həmçinin qeyd edib ki, bu faydanı əldə etmək üçün müntəzəmlik əsas şərtdir. Onun sözlərinə görə, oyunları təsadüfi deyil, davamlı şəkildə oynamaq daha böyük nəticə verir.

Mütəxəssis vurğulayıb ki, şahmat və dama kimi klassik oyunlar eyni anda bir neçə vacib funksiyanı aktivləşdirir. Bu zaman planlaşdırma və impulsların idarəsinə cavabdeh olan frontal paylar işləyir, yaddaş güclənir və məkan düşüncəsi inkişaf edir. Belə kompleks təsir beynin eyni vaxtda bir neçə işi daha səmərəli yerinə yetirməsinə imkan yaradır və yaşla bağlı problemlərin qarşısını almaqda profilaktik rol oynayır.

"Mahjong" və "Memo" kimi yaddaş və diqqət üzərində qurulan oyunlar isə qısamüddətli yaddaşın uzunmüddətli yaddaşa çevrilməsində mühüm rol oynayan hipokampusu aktivləşdirir. Bu beyin hissəsi neyrodegenerativ xəstəliklərdən ilk təsirlənən strukturlardan biridir. Belə oyunlar həmçinin vizual-məkan qavrayışını, reaksiyanı və diqqəti inkişaf etdirir", - deyə o əlavə edib.

"Scrabble" və ya "Word Maker" kimi söz oyunları da az əhəmiyyətli deyil. Həkimin sözlərinə görə, söz seçimi zamanı beynin nitq və semantik yaddaşa cavabdeh sahələri aktivləşir. Bu isə danışıq səlisliyinin qorunmasına və yaş artdıqca yaranan söz tapmaq çətinliklərinin azalmasına kömək edir. Eyni zamanda, bu oyunlar zehni çevikliyi artırır.

"Buna görə də, stolüstü oyunları müntəzəm oynamaq təkcə maraqlı məşğuliyyət deyil, həm də beyin sağlamlığını qorumaq üçün təsirli üsullardan biridir", - deyə Cikiya fikrini yekunlaşdırıb. 

Asya

Milli.Az             

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
news.milli.az

2Mənbələr