Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ-nin birinci xanımı Milenia Trampın sədrliyi ilə Ağ Evdə “Gələcəyi Birlikdə Şəkilləndirmə Qlobal Koalisiya Zirvəsi” baş tutub.
Zirvədə maraq doğuran məsələlərdən biri M. Trampın ilk dəfə ABŞ istehsalı olan “Figure 3” adlı robotla birlikdə çıxış etməsi olub.
M. Tramp bildirib ki, bu cür sistemlər gələcəkdə gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək.
Robot Fransa liderinin həyat yoldaşı Brigitte Macron da daxil olmaqla 40-dan çox ölkədən gələn qonaqları 11 dildə “Xoş gəlmisiniz” deyərək qarşılayıb.
M. Tramp texnologiyaya yiyələnməni ABŞ-ın iqtisadi liderliyini qoruyub saxlamasının əsas şərti kimi qiymətləndirib və innovasiya, məhsuldarlıq və intellektual mülkiyyət sahəsində mümkün üstünlüklərə diqqət çəkib. Bununla yanaşı, o, süni intellektin uşaqların həyatına daha çox daxil olması ilə təhlükəsizliyin prioritet olaraq qalmalı olduğunu vurğulayıb.
"AzPolitika.info"
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.