AZ

Milli Məclisin keçmiş deputatı peyğəmbər nəslindən imiş

Milli Məclisinin sabiq millət vəkili, yəhudi əsilli mərhum deputat Yevda Abramovun genetik mənşəyi məlum olub.

 

Bunu genetik tədqiqatçı, DNT layihəsinin administratoru Orxan Xansuvar bildirib.

 

Aparılan analizlərə əsasən, Yevda Abramovun Y-DNT nümunəsi J1 haploqrupunun Z18271 subkladının ZS2458 qoluna aid edilib. Bu yolla Yevda Abramovun ata xətti üzrə təxminən 1000-1400 il əvvəl İraq ərazisində Kohen nəslinə mənsub olan iki müxtəlif yəhudi nəsli ilə əlaqəli olduğu üzə çıxıb.

 

Bu genetik göstəricinin Musa peyğəmbərin böyük qardaşı, Harun peyğəmbərin soyundan gələn şəxslərdə müşahidə olunduğu vurğulanır.

Bildirilib ki, test nümunəsi birbaşa Yevda Abramova məxsus olub və fərdi xarakter daşıyır.

 

Qeyd edək ki, Hz. Harun yəhudi dini ənənəsində peyğəmbər və ilk baş kahin (baş keşiş) hesab olunur. Onun nəslindən gələnlər yəhudilikdə xüsusi dini statusa malik olub və “kohen” adlandırılır.

 

“Kohen” termini isə Kohen yəhudi dini iyerarxiyasında kahinlər sinfini ifadə edir və bu status ənənəvi olaraq ata xətti ilə nəsildən-nəslə ötürülür.

 

Qeyd edək ki, Yevda Abramov 1948-ci ildə Quba rayonunun Qırmızı Qəsəbəsində anadan olub.  O III, IV və V çağırış Milli Məclisin deputatı seçilib. Sabiq millət vəkili 2019-cu ildə, 71 yaşında vəfat edib.

 

Modern.az

Tarix: 26 Mart 2026, 15:26   
Seçilən
28
6
pravda.az

7Mənbələr