AZ

Yeni Redmi Note 16 necə olacaq?

Azvision saytından alınan məlumata görə, ain.az bildirir.

2026-cı ilin avqust ayında təqdim olunması gözlənilən model güclü texniki göstəriciləri ilə seçilə bilər. Sahə üzrə tanınmış mənbələrdən biri olan Digital Chat Station tərəfindən yayılan məlumatda bildirilir ki, cihaz test mərhələsində 10 000 mAh tutumlu batareya ilə sınaqdan keçirilir. Eyni zamanda, smartfonun 100 Vt sürətli enerji yığma texnologiyasını dəstəkləyəcəyi iddia olunur. Qeyd edilir ki, bu məlumatlar təsdiqini taparsa, model şirkətin indiyədək təqdim etdiyi ən böyük batareyaya malik cihaz olacaq. Hazırda bu göstərici Redmi Turbo 5 Max modelinə məxsusdur. Bundan əlavə, cihazın kamera sistemində də ciddi yeniliklərin olacağı gözlənilir. Sızıntılara əsasən, smartfon 200 meqapiksellik əsas kamera ilə təchiz edilə bilər. Müqayisə üçün qeyd edək ki, əvvəlki nəsil olan Redmi Note 15 Pro+ modelində 50 meqapiksellik əsas kamera yer alırdı. Bununla belə, qeyd olunan xüsusiyyətlərin cihazın ölçülərinə, çəkisinə və istilik balansına necə təsir edəcəyi, həmçinin bu yeniliklərin bütün modellərə, yoxsa yalnız ən yüksək versiyaya aid olacağı hələlik dəqiqləşməyib. Röya Əliyeva Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
94
azvision.az

1Mənbələr