AZ

Müharibə ilə bağlı ŞOK: Yaxın günlərdə... - VİDEO

"Beynəlxalq münaqişələrin həllində tərəflərin sülh masasına oturduğu zaman hər iki tərəfin özünü qalib kimi qələm verməsinə imkan yaradan bir razılaşmanın əldə olunması əsas qaydalardan biri hesab olunur. Bu, tərəflərin həqiqətdə tam qalib gəlməsə belə, daxili auditoriyaya və xalqa müqavilənin müəyyən maddələrinə istinad edərək müəyyən dividendlər qazandıqlarını nümayiş etdirmək zərurətindən irəli gəlir."

Musavat.com xəbər verir ki, bu sözləri "Tv Musavat"ın canlı efirində siyasi şərhçi Heydər Oğuz deyib.

O, qeyd edib ki, onun sözlərinə görə, hazırda Trampın tələb etdiyi müqavilə şərtləri elə formalaşdırılıb ki, orada İranın özünü əsaslandırması və "mən uğur qazandım" deməsi üçün heç bir bənd yoxdur. Şərhçi əlavə edib ki, məhz bu səbəbdən İran tərəfi ciddi tərəddüd içindədir və xalq qarşısında nüfuzunu tamamilə itirməmək üçün Amerikaya təzminat tələbi ilə ultimatumlar verir. Amerika isə dünyada "yumurtadan yun qırxan" dövlət kimi tanınır; o, istədiyi ölkəyə təzminat və gömrük vergisi qoymaq gücündədir. Adətən təzminatı qalib tərəf, apardığı hərbi əməliyyatlara xərclədiyi vəsaiti geri qaytarmaq məqsədilə tələb edir.

Ekspert vurğulayıb ki, İran bu yaxınlarda Suriyadan çıxarkən orada silahlandırdığı qüvvələrə və apardığı fəaliyyətlərə görə 30 milyard dollar tələb etsə də, Amerika ilə münasibətlərdə bu cür şərtlərin irəli sürülməsi absurd görünür. Amerikanın əməkdaşlıq modeli elədir ki, o, qarşı tərəfə müəyyən pay ayırsa da, həmin vəsaitlərin öz banklarında saxlanılmasını və nəzarətdə olmasını təmin edir. İraq nümunəsində olduğu kimi, rəsmi Bağdadın neft gəlirləri Amerikanın nəzarətindəki hesablarda toplanır və Vaşinqton istədiyi an bu vəsaitləri dondurmaq imkanına malikdir. Heydər Oğuzun fikrincə, İranın hazırkı şərtlərlə Amerikadan təzminat istəməsi reallıqdan uzaqdır və sanki qalib tərəfin öz şərtlərini diktə etməsi təəssüratını yaradır.

Ətraflı videoda: 

Musavat.com

Seçilən
34
50
musavat.com

10Mənbələr