AZ

REGİONDA İDARƏ OLUNAN XAOS UZUN İLLƏR DAVAM EDƏCƏK” Azərbaycan yeganə ölkədir ki...

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov regionda yaranmış yeni geosiyasi vəziyyətlə bağlı diqqətçəkən şərhlə çıxış edib. 

"AzPolitika" bildirir ki, o, artıq Azərbaycanın həm şimalında, həm də cənubunda baş verəcək proseslərin konturlarımın aydın şəkildə formalaşdığını qeyd edib.

T.Zülfüqarov bildirib ki, regionda vəziyyət “isti müharibə” ilə “nə müharibə, nə sülh” vəziyyəti arasında dalğalanan bir “geosiyasi mayak” formasını alır: “Bu, idarə olunan bir geosiyasi qarışıqlıqdır və uzun müddət – hətta illərlə davam edə bilər”.

Keçmiş nazir vurğulayıb ki, bu geniş qeyri-sabitlik zonalarının arasında Türk Dövlətləri Təşkilatı üzvü olan ölkələrin ərazilərində durumun sabit olduğunu vurğulayır. Onun sözlərinə görə, bu sabitlik oxunun mərkəzində məhz Azərbaycan dayanır.

T.Zülfüqarov qeyd edib ki, Azərbaycan dünyanın yeganə ölkəsidir ki, eyni zamanda həm Rusiya, həm də İranla sərhədə malikdir və bu amil ölkənin geosiyasi rolunu daha da artırır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
hurriyyet.az

2Mənbələr