ain.az, Xalqcebhesi portalına istinadən məlumat verir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması şərti ilə ABŞ-ın təhlükəsizlik zəmanəti vermək təklifi onu qane etmir.
Xalqcebhesi.az xəbər verir ki, Fransanın "Le Monde" qəzetinə verdiyi müsahibədə o, bu mövqeyi belə əsaslandırıb:
"ABŞ bizə Donbasdan getməyi deyir və bunun müqabilində təhlükəsizlik zəmanətləri verməyə hazır olduğunu bildirir. Lakin bizim istehkamlarımız (fortifikasiya qurğularımız) özü təhlükəsizlik zəmanətlərimizin bir hissəsidir. Biz bu zəmanətləri digərləri ilə dəyişməməliyik. Bu, ədalətsiz olardı".
Məryəm Quliyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.