AZ

Gürcüstanda yanacaq bahalaşdı

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda yanacağın qiymətləri yenidən bahalaşıb.

Hafta.az xəbər verir ki, son iki həftədə qiymətlər 50-60 tetri (15-20 sent) bahalaşıb.

Bahalaşmaya əsasən Yaxın Şərqdə baş verən hadisələr, xüsusən də Hörmüz boğazı vasitəsilə neft daşınmalarında gecikmələr səbəb olub. Dünyadakı neft tədarükünün təxminən beşdə biri məhz bu boğaz vasitəsilə həyata keçirilir.

Beynəlxalq birjalardakı bu tendensiya artıq Gürcüstan bazarına da təsir edib. Bəzi yanacaqdoldurma məntəqələrində yanacağın qiymətləri artıb.

Əvvəllər 3,23 lariyə satılan "super" markalı yanacaq indi 3,83 lariyə, litri 3,09 lari olan "avro regulyar" 3,49 lariyə, 3,19 lariyə satılan dizel yanacağı isə 3.69 lariyə satılır.

Seçilən
0
3
hafta.az

4Mənbələr