AZ

Ağdam sakini keçmiş təmas xəttində minaya düşüb

Ağdam rayonunda mina hadisəsi baş verib.

AZƏRTAC Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinə istinadən verir ki, işğaldan azad edilmiş Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində martın 26-da mina hadisəsi baş verib.

Ağdam rayonu Yusifcanlı kənd sakini Abbasov Ceyhun Firdovsi oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə piyadaəleyhinə mina partlayışı nəticəsində sol ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.

Seçilən
24
4
yeniazerbaycan.com

10Mənbələr