AZ

ABŞ və İran arasında “şərt savaşı”: 15 təklifə qarşı 5 tələb

ain.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hazırda Vaşinqton və Tehran arasında Pakistan vasitəsilə görüşün təşkili üzrə işlər aparılır. İsrail hökumətindən üç mənbənin məlumatına görə, ABŞ tərəfindən hazırlanan və Pakistan üzərindən İrana çatdırılan 15 maddəlik təklif paketinə aşağıdakılar daxildir: yüksək səviyyədə zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilməsi, uranın zənginləşdirilməsi fəaliyyətinin dayandırılması, ballistik raket proqramının məhdudlaşdırılması və regiondakı müttəfiq qruplara dəstəyin kəsilməsi. İran tərəfi isə beş əsas tələb irəli sürüb: hücum və sui-qəsdlərin dayandırılması, müharibənin təkrarlanmayacağına dair təminat, müharibə təzminatlarının ödənilməsi və mexanizmin müəyyənləşdirilməsi, bütün cəbhələrdə döyüşlərin dayandırılması və Hörmüz boğazı üzərində suverenliyin tanınması . İran rəsmiləri vurğulayır ki, müharibənin bitmə vaxtı yalnız Tehran tərəfindən müəyyən olunacaq və ABŞ vaxt çərçivəsi diktə edilə bilməz. ABŞ tərəfi diplomatik kanallar vasitəsilə danışıqları davam etdirmək istəsə də, təkliflərin “reallıqdan uzaq” xarakter daşıdığını bildirir. Bəzi İranlı rəsmilər isə bunu gerçək müzakirə niyyətindən çox, təzyiq kimi qiymətləndirir. Ağ Ev mövqeyini açıqlamasa da, hərbi təzyiqin artırıla biləcəyi siqnalını verib. İsrailli yüksək rütbəli müdafiə rəsmiləri isə İranın bu şərtləri qəbul etməsinin çətin olduğunu qeyd edirlər. Bölgədən əldə olunan məlumatlara görə, İran atəşkəs razılaşmasının Livanı da şamil olunmasını vasitəçilərə bildirib. İran üzrə ekspert Ali Vaez bildirir ki, “ABŞ-nin təklifində İranın əvvəllər rədd etdiyi tələblər var, İranın şərtlərində isə ABŞ tərəfindən qəbul olunmayacaq müddəalar yer alır.” Eyni zamanda, Pentagon regiona əlavə hərbi qüvvələr göndərməyi planlaşdırır. Hazırda iki dəniz piyadası birliyi Yaxın Şərqə doğru hərəkətdədir. Donald Trump da razılaşma halında sərt addımlar atılacağı barədə xəbərdarlıq edib. İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, Pakistan və Misir vasitəsilə təqdim olunan təkliflər diqqətlə nəzərdən keçirilir. O, münaqişənin davamlı həllini və vurulmuş ziyanın kompensasiyasını vacib saydığını vurğulayıb. Pakistanlı mənbə isə hələlik rəsmi cavabın təqdim edilmədiyini bildirib. Məhəmmədəli Həsənli

AzVision.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
1
azvision.az

2Mənbələr