AZ

Dünya səyyahları Xankəndində

"NomadMania” klubunun təsisçisi Harry Mitsidisin rəhbərlik etdiyi dünya səyyahları Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində Xankəndi şəhərinə gəliblər.

Xezerxeber.az-ın xəbərinə görə, səyyahlara şəhərlə bağlı ətraflı məlumat verilib.

Onlar həmçinin Zəfər parkında da olublar.

Qeyd edək ki, “NomadMania” Yer Kürəsini 1301 bölgəyə ayıraraq reytinq cədvəli müəyyən edir. Harry Mitsidis bu 1301 bölgənin hamısında artıqlaması ilə olmaqla, hazırda dünya üzrə I yerdə qərarlaşıb. “NomadMania” illik toplantısını da ilk dəfə Azərbaycanda keçirib.
Bu səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması və aparılan genişmiqyaslı quruculuq, bərpa işləri ilə tanışlıq üçün müstəsna əhəmiyyət daşıyır.

Dünyanın əsas səyyah klublarının xətti ilə 2020-2025-ci illərdə Qarabağ və Şərqi Zəngəzura 15 dəfə beynəlxalq səyahətçilərin səfərləri təşkil edilib. Bu, sayca 16-cı səfərdir.

Seçilən
24
10
xezerxeber.az

10Mənbələr