AZ

Azərbaycan-Sent Lüsiya matçının hakimləri açıqlandı

Azərbaycan milli komandasının FIFA Series-2026 beynəlxalq turniri çərçivəsində Sent Lüsiya yığması ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

KONKRET.az AFFA-ya istinadən xəbər verir ki, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq görüşü Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Georgi Kruaşviliyə Levan Varamişvili və Georgi Elikaşvili kömək göstərəcək. Dördüncü hakim funksiyasını Koba Revazaşvili yerinə yetirəcək.

Qeyd edək ki, qarşılaşma martın 27-də, saat 19:00-da start götürəcək.

Seçilən
22
15
konkret.az

10Mənbələr