AZ

Yazda yorğunluğun gizli səbəbi: Günəş var, enerji yoxdur - Çıxış yolu nədir?

Yaz aylarında günəşli havaya baxmayaraq özünüzü halsız və enerjisiz hiss edirsinizsə, bunun əsas səbəblərindən biri D vitamini çatışmazlığı ola bilər. Mütəxəssislər bildirir ki, qışdan sonra orqanizmdə bu vacib maddənin səviyyəsi ciddi şəkildə azalır və bu da, həm fiziki, həm də psixoloji vəziyyətə təsir edir.

Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, terapevt və qastroenteroloq Alla Şelipovanın sözlərinə görə, D vitamini sadəcə sümük sağlamlığı üçün deyil, immun sistemi, dəri, saç və hətta beyin fəaliyyəti üçün həyati əhəmiyyət daşıyır. Onun çatışmazlığı yorğunluq, tez-tez xəstələnmə, saç tökülməsi, dəri quruluğu və depressiv əhval kimi əlamətlərlə özünü göstərir.

Pəncərə arxasında Günəş - faydasızdır

Bir çoxları günəş işığının pəncərədən daxil olmasının kifayət etdiyini düşünür. Lakin bu, yanlışdır. Şüşə D vitamininin sintezi üçün vacib olan UVB şüalarını tam bloklayır. Nəticədə, siz günəşdən fayda almadan dərinizin vaxtından əvvəl qocalmasına məruz qalırsınız.

"Kölgə qaydası"nı unutmayın

Seçilən
33
8
publika.az

9Mənbələr