AZ

Hərbi toplanışın müharibə ilə əlaqəsi nədir?

Martın əvvəlindən etibarən Azərbaycanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən ehtiyatda olan hərbi qulluqçuların toplanışı həyata keçirilir. Hazırda proses davam edir. Bəziləri hesab edirlər ki, hərbi toplanışın ABŞ-İsrail-İran müharibəsi ilə əlaqəsi var.
ONN media xəbər verir ki, Azərbaycan Hərbi Polisinin sabiq rəisi Rövşən Məhərrəmov ehtiyatda olan hərbi qulluqçuların təlim toplanışlarının keçirilməsinin regional gərginliklərlə əlaqələndirilməsinin yanlış olduğunu qeyd edib.
"Azərbaycanın SHXÇDX və Müdafiə Nazirliyi tərəfindən yayılan məlumatlarda da vurğulanıb ki, təlimlər illik hazırlıq planına uyğun təşkil olunub.
Azərbaycanda SHXÇDX tərəfindən ehtiyatda olanların vaxtaşırı toplanışa çağırılması qanunvericiliklə nəzərdə tutulmuş praktikadır. İran müharibəsi olmasaydı da, bu hərbi toplanışlar əvvəldən tərtib edilən plana uyğun olaraq keçiriləcəkdi. Bu təlimlər döyüş hazırlığının yenilənməsi, ehtiyat qüvvələrin koordinasiyası, yeni taktika və texnologiyalarla tanışlıq məqsədi daşıyır. Bu cür toplanışlar əvvəlcədən planlaşdırılır və adətən illik hazırlıq planına daxil olur. Yəni qəfil qərar deyil", - o bildirib.
Ekspert onu da deyib ki, regionda gərginliyin artması dövlətlərin ümumi hazırlıq səviyyəsini yüksəltməsinə təsir edə bilər və bu, təbiidir. Bu baxımdan təlimlərin intensivliyi arta, daha çox ehtiyat qüvvə cəlb oluna bilər:
"Qanunvericilik buna imkan verir. Bu isə "müharibəyə hazırlaşma" yox, risklərin idarə olunması kimi qiymətləndirilməlidir. Azərbaycan yerləşdiyi regiona görə hər zaman potensial riskləri nəzərə almalı, operativ hazırlığını yüksək saxlamalıdır. Ordunun ehtiyat qüvvələri daim hazır vəziyyətdə olmalıdır"
Seçilən
29
15
onn.az

10Mənbələr