AZ

Peskov Yaxın Şərqdəki ən pis ssenaridən danışdı

“Yaxın Şərqdəki münaqişə ilə bağlı vəziyyət ən pis ssenari üzrə inkişaf edir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Vesti"yə bildirib.

Kreml rəsmisinin sözlərinə görə, Rusiya Federasiyası İrandakı vəziyyətin inkişafını diqqətlə izləyir.

"Hələlik vəziyyətin ən pis ssenari üzrə inkişaf etdiyini söyləmək olar", - deyə o qeyd edib.

Peskov əlavə edib ki, İrandakı müharibəni dayandırmaq lazımdır, çünki bu, dünya iqtisadiyyatına təsir göstərir və belə bir vəziyyətin gələcək nəticələrini hesablamaq çox çətindir. Münaqişənin coğrafiyasının genişlənməsi dünyadakı problemlərin artmasından xəbər verir.

Seçilən
1
50
publika.az

10Mənbələr