AZ

Gürcüstan ATƏT in Təhlükəsizlik Əməkdaşlıq Forumuna sədrlik edəcək

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Tbilisi, 26 mart, AZƏRTAC

Gürcüstan aprelin 13-dən etibarən ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumuna (FSC) sədrlik edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Avstriyadakı səfirliyi məlumat yayıb.

Bildirilib ki, sədrliyin Gürcüstana ötürülməsi martın 25-də forumun son iclası çərçivəsində həyata keçirilib. Həmin vaxta qədər quruma Fransa sədrlik edirdi.

Gürcüstan bu vəzifəni sentyabrın 4-nə qədər icra edəcək, daha sonra isə sədrliyi Böyük Britaniya təhvil alacaq.

Qeyd edək ki, Təhlükəsizlik Əməkdaşlıq Forumu ATƏT-in əsas qərar qəbuletmə platformalarından biri hesab olunur və təşkilata üzv ölkələr arasında təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsini hədəfləyir.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
azertag.az

1Mənbələr