AZ

Ərdoğan sərt danışdı: Heç kim bizi diz çökdürə bilməz!

Axar.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Türkiyənin yerləşdiyi region son yüzilliyin ən böhranlı dövrünü yaşayır. İran ətrafında gərginliyin artmasının bədəlini isə bütün bəşəriyyət ödəyir.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Onun sözlərinə görə, regionda heç kim unutmamalıdır ki, “bombaların və raketlərin ölümcül gurultusu dayandıqdan sonra” xalqlar yenə də yanaşı yaşamağa məhkumdur:

“İstər İran olsun, istərsə də körfəzin ərəb ölkələri, məgər hamımız zərbələrə məruz qalmırıq? Türkiyə və onun xalqı dost və qardaş hesab etdiyi xalqları nə kədərdə, nə də sevincdə tək qoymayacaq. Kimin törətməsindən asılı olmayaraq, qanunsuzluğun, quldurluğun və tiranlığın bütün formalarına qarşı çıxacağıq. Ankara tarixin haqq olan tərəfində dayanır. Sağlam düşüncədən geri çəkilməyəcək və özünə nəzarəti itirməyəcəyik”.

Türkiyə lideri vurğulayıb ki, heç kim Türkiyəni diz çökdürə bilməz:

“Bütün ölkələrə qarşı sülh və sabitliyə yönəlmiş xarici siyasətimizi dəyişməyəcəyik. Qardaş xalqlar arasında düşmənçiliyi və parçalanmanı dərinləşdirəcək istənilən addımları rədd edirik”.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
19
11
axar.az

10Mənbələr