AZ

"Milan"ın futbolçusu zədəsini sağaltdı

style='margin-bottom:10px;'>

"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik tezliklə meydana qayıdacaq.

QOL.az xəbər verir ki, bu barədə klşubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı futbolçu artıq komanda ilə məşqlərə başlayıb.

Rubenin fevralın sonunda A Seriyasında "Parma" ilə oyunda (0:1) çənəsi sınmışdı. Oyunçunun mövsümün qalan hissəsində meydanlardan kənarda qala biləcəyi gözlənilirdi, amma sağalma prosesi planlaşdırıldığından daha sürətli gedib.

Ruben bu mövsüm 27 oyunda iştirak edib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Seçilən
63
2
teleqraf.com

3Mənbələr