Bu Azərbaycana, Qarabağa ilk səfərimdir. Burada gördüklərim məni həqiqətən çox təsirləndirdi.
Bu sözləri Şuşa şəhərində AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Polşadan olan səyyah Mavgorjata Yudkovyak deyib.
“Şəhərin sürətlə inkişaf etdiyini müşahidə etdim. Burada çoxlu abidələr var və həyat tədricən bu yerlərə qayıdır. Bu dəyişikliyi görmək mənim üçün çox təsirli oldu. Bura ziyarət üçün çox gözəl bir məkandır. Aparılan bərpa işləri, evlərin yenidən qurulması çox yüksək səviyyədədir və xoş təəssürat yaradır”, – deyə o bildirib.