AZ

Bakıda ov silahı ilə törədilən qətlin təfərrüatları məlum oldu- Üç nəfərə atəş açılıb

Bakının Xəzər rayonunda güllələnmə hadisəsinin bəzi təfərrüatları məlum olub.

Moderator.az xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən 67 yaşlı Cavanşir Muradov ov tüfəngi ilə Məmmədhüseyn Əmirova atəş açmaq istəyib.

Bu zaman münaqişənin qarşısını almaq istəyən Vaqif Əmirov güllələnib. Hadisə zamanı Şəhriyar Murad oğlu da yüngül bədən xəsarətləri alıb.

Əldə edilən məlumata görə, Cavanşir Muradov mərkəzdə yaşayırmış. O, qızının yaşadığı Türkan qəsəbəsinə gəlib. Tüfəngi də qızının evindən götürüb.

21:29

Martın 26-da axşam saatlarında Xəzər rayonu Zirə qəsəbəsi ərazisində münaqişə zəminində silahlı insident baş verib.

DİN-in Mətbuat Xidmətindən Moderator.az-a bildirilib ki, 1959-cu il təvəllüdlü Cavanşir Muradov mübahisə zamanı ov tüfəngindən atəş açaraq qəsəbə sakini, 1981-ci il təvəllüdlü Məmmədhüseyn Əmirovu öldürməyə cəhd göstərib. Hadisə zamanı sonuncunun atası, 1956-cı il təvəllüdlü Vaqif Əmirov tüfəngdən açılan atəş nəticəsində ölüb.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə C.Muradov saxlanılıb. Ondan cinayət aləti olan ov tüfəngi götürülüb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
34
31
moderator.az

10Mənbələr