Futbol üzrə dünya çempionatının Avropa zonası üzrə pley-off mərhələsinə bu gün start veriləcək.
Heftelik.az Report-a istinadən xəbər verir ki, A, B, C və D yolunda ümumilikdə 8 oyun keçiriləcək.
Türkiyə millisi İstanbulda Rumıniya ilə üz-üzə gələcək. Matç “Beşiktaş Park” stadionunda, Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.
Yarımfinal və final mərhələsi bir oyundan ibarətdir. Həlledici görüşlər martın 31-də baş tutacaq.
DÇ-2026-nın Avropa zonası üzrə pley-off oyunları
Yarımfinal
26 mart
A yolu
23:45. İtaliya – Şimali İrlandiya
23.45. Uels – Bosniya və Herseqovina
B yolu
23:45. Ukrayna – İsveç
23:45. Polşa – Albaniya
C yolu
21:00. Türkiyə – Rumıniya
23:45. Slovakiya – Kosovo
D yolu
23:45. Danimarka – Şimali Makedoniya
23:45. Çexiya – İrlandiya
Qeyd edək ki, bu il iyunun 11-dən iyulun 19-dək keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq. Meydan sahibləri – ABŞ, Kanada, Meksika ilə yanaşı, Kurasao, Panama, Haiti, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Fildişi Sahili, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Niderland, Almaniya, İsveçrə, Şotlandiya, İspaniya, Avstriya və Belçika DÇ-2026-nın final mərhələsində iştirak hüququ qazanıb.