AZ

Hikmət Hacıyev Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri ilə görüşüb

BAKI, 27 mart. TELEQRAF

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Macarıstan Baş nazirinin baş milli təhlükəsizlik müşaviri ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə Hikmət Hacıyev “X” sosial hesabında məlumat paylşıb.

“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi. Azərbaycan və Macarıstan arasında strateji tərəfdaşlıq bütün sahələrdə uğurla inkişaf etməkdə davam edir. Macarıstanın milli maraqlara əsaslanan müstəqil siyasəti, ortaq tarixi, etnik və mədəni əlaqələrə əsaslanan türk dünyası ilə güclü əməkdaşlığı və Türk Dünyası ilə əlaqələr çərçivəsində öhdəliyi olduqca təqdirəlayiqdir. Davam edən qlobal qarışıqlıq kontekstində türk dünyasının birliyi və həmrəyliyi xüsusi əhəmiyyət kəsb edir”, - Hikmət Hacıyev paylaşımda qeyd edib.

“Macarıstan Baş nazirinin milli təhlükəsizlik müşaviri Marsel Biro ilə Budapeştdə yüksək məhsuldar görüş keçdi”.

Seçilən
46
12
teleqraf.com

10Mənbələr