İsrail ordusu Livanın cənubundakı döyüşlər zamanı daha bir hərbçisini itirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidmətinin məlumatında deyilir.
Məlumata görə ordunun 7-ci zirehli briqadasının 77-ci taborunda xidmət edən 21 yaşlı çavuş Aviad Elxanan Volanski baş verən toqquşmalardan birində həlak olub.
Hadisə zamanı eyni bölmədən iki zabit və iki əsgər də yaralanıb.