AZ

Bir milyonluq ordu HƏRƏKƏTƏ KEÇİR KONKRET

ain.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran İslam Respublikası ABŞ-ın mümkün quru müdaxiləsinə cavab olaraq 1 milyondan çox döyüşçünü səfərbər etməyə hazır olduğunu bəyan edib.

“Tasnim” agentliyinin SEPAH-dakı mənbələrə istinadən yaydığı məlumata görə, ABŞ-ın İran ərazisində quru əməliyyatına başlayacağı barədə artan ehtimallar fonunda iranlı hərbçilər arasında “amerikalılar üçün İran torpağında tarixi bir cəhənnəm yaratmaq” həvəsi pik həddə çatıb.

KONKRET.az xəbər verir ki, hərbi mənbə son günlərdə iranlı gənclərin ABŞ və İsrailə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün kütləvi şəkildə müraciət etdiyini bildirib.

Mənbənin sözlərinə görə, Vaşinqtonun Hörmüz boğazını açmaq cəhdləri “intihar taktikası”ndan başqa bir şey deyil. “ABŞ Hörmüz boğazını özünüməhv taktikası ilə açmaq istəyir; bu, normaldır. Biz həm onların intihar strategiyasını reallaşdırmağa, həm də boğazın bağlı qalmasını təmin etməyə tam hazırıq”, – deyə bəyanatda vurğulanıb.\\nocomment.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
1
2
konkret.az

3Mənbələr