AZ

Beynəlxalq Olimpiya Komitəsindən transgenderlərlə bağlı QƏRAR

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Beynəlxalq Olimpiya Komitəsi (BOK) transgenderlərin qadın yarışlarında iştirakını qadağan etmək qərarı qəbul edib.

Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

"Olimpiya Oyunlarında, eləcə də fərdi və komanda idman növləri daxil olmaqla, BOK-un digər tədbirlərində yalnız bioloji qadınlar iştirak etmək hüququna malik olacaqlar. Bu, SRY geninin mövcudluğunu müəyyən edən test əsasında müəyyənləşdiriləcək. Faktiki dəlillərə və ekspert qiymətləndirmələrinə əsaslanan bu siyasət 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarından etibarən tətbiq olunacaq və qadınlar arasında yarışlarda ədalətliliyin, təhlükəsizliyin və aydınlığın təmin edilməsinə yönəlib. Bu qərar geriyə şamil edilmir və həvəskar, yaxud rekreatsiv (istirahət) idman proqramlarına aid deyil", - deyə məlumatda bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
oxu.az

1Mənbələr