AZ

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

ABŞ fond bazarlarında "Dow Jones" sənaye indeksi 1,01% geriləyərək 45 960,11 bəndə düşüb. "S&P 500 Index" 1,74% azalaraq 6 477,16 bəndə, texnologiya şirkətlərinin üstünlük təşkil etdiyi "Nasdaq Composite" indeksi isə 2,38% enərək 21 408,08 bəndə geriləyib.

APA-Economics” birja məlumatlarına istinadən xəbər verir ki, "NYSE Composite Index" 1,28% azalaraq 21 843,98 bəndə düşüb. Kanadanın "S&P/TSX Composite Index" də mənfi dinamika göstərərək 1,53% geriləyib və 31 887,52 bənd təşkil edib.

Avropa fond bazarlarında da əsasən azalma müşahidə olunub. "Euro Stoxx 50" indeksi 1,48% enərək 5 565,93 bəndə, Böyük Britaniyanın "FTSE 100 Index" 1,33% azalaraq 9 972,17 bəndə düşüb. Almaniyanın "DAX Index" 1,50% geriləyərək 22 612,97 bəndə, Fransanın "CAC 40 Index" isə 0,98% azalaraq 7 769,31 bəndə enib. Bununla yanaşı, İspaniyanın "IBEX 35" Index də mənfi dinamika nümayiş etdirərək 1,21% azalaraq 16 962,90 bənd təşkil edib.

Asiya-Sakit okean regionunda qarışıq dinamika qeydə alınıb. Yaponiyanın "Nikkei 225" 0,12% azalaraq 53 539,31 bəndə, "TOPIX Index" isə 0,37% artaraq 3 656,32 bəndə yüksəlib. Honq Konqun "Hang Seng" Index 0,55% artaraq 24 992,06 bəndə, Çinin CSI 300 Index 0,40% yüksələrək 4 495,52 bəndə çatıb. Avstraliyanın S&P/ASX 200 0,24% geriləyərək 8 505,20 bəndə düşüb. Bununla yanaşı, MSCI Asia Pacific Index 1,20% azalaraq 235,74 bənd təşkil edib.

Seçilən
29
1
apa.az

2Mənbələr