AZ

AÇ-2027: U-21 Portuqaliya ilə üz-üzə

Əsas yığma ilə yanaşı, Azərbaycanın gənclərdən ibarət milli komandası da bu gün növbəti sınağına çıxacaq.

Fanat.Az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer alan U-21 6-cı tur çərçivəsində evdə oynayacaq.

Rəşad Eyyubovun komandası qrup lideri Portuqaliya millisini qəbul edəcək. "Neftçi"yə məxsus "Palms Sports Arena"da baş tutacaq oyun saat 15:00-da start götürəcək.

Qeyd edək ki, 21 yaşlılar qrupda əvvəlki görüşlərində Portuqaliya (0:5), Bolqarıstan (1:1), Çexiya (0:5), Şotlandiya (3:3) və Cəbəllütariq (1:0) ilə qarşılaşıb.

AÇ-2027
B qrupu, 6-cı tur
27 mart

15:00. Azərbaycan (U-21) – Portuqaliya (U-21)
Hakim: Xristos Vergetis (Yunanıstan).
Bakı. "Palms Sports Arena". 

1. Portuqaliya 5 4 1 0 21-0 13
2. Çexiya 5 3 1 1 10-3 10
3. Şotlandiya 6 3 1 2 18-7 10
4. Bolqarıstan 5 2 1 2 6-6 7
5. Azərbaycan 5 1 2 2 5-14 5
6. Cəbəllütariq 6 0 0 6 1-31 0

Seçilən
22
fanat.az

1Mənbələr