AZ

U-21 millimiz Bakıda Portuqaliya yığmasına qarşı – ARENA.AZ

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-21) bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində növbəti sınağına çıxır.

Arena.az xəbər verir ki, AÇ-2027-nin seçmə mərhələsinin B qrupunda yer almış millimiz 6-cı oyununda doğma meydanda Portuqaliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

Bakıdakı 8-ci km stadionunda təşkil ediləcək oyunun baş hakimi yunanıstanlı Xristos Vergetis olacaq. Ona həmyerliləri Andreas Fotopulos və Konstantinos Staikos kömək edəcəklər. Dördüncü hakim funksiyasını Aleksandros Katsikoyannis yerinə yetirəcək.

Xatırladaq ki, U-21 yığmamız daha öncə keçirdiyi 5 oyunda 2 heç-heçə və 2 məğlubiyyət görüb, 1 qələbə qazanıb. Komandamız hazırda 5 xalla 5-ci sırada qərarlaşıb. Keçirdiyi 5 oyunun 4-də qalib gəlib, 1-də heç-heçə etmiş Portuqaliya yığması isə 13 xalla qrup lideridir.

AÇ-2027-nin seçmə mərhələsi
B qrupu
27 mart

Azərbaycan – Portuqaliya
Hakimlər: Xristos Vergetis, Andreas Fotopulos, Konstantinos Staikos, Aleksandros Katsikoyannis (Yunanıstan).
Bakı. 8-ci km stadionu. Saat 15:00.

Xallar: Portuqaliya – 13. Çexiya – 10. Şotlandiya – 10. Bolqarıstan – 7. Azərbaycan – 5. Cəbəllüttariq – 0.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
0
8
arena.az

10Mənbələr