AZ

İrəvanın müraciəti əsasında Gürcüstan-Ermənistan qaz kəmərinin yeri dəyişdiriləcək

Gürcüstan-Ermənistan qaz kəmərinin təqribən 5,5 kilometrlik hissəsi başqa yerə köçürüləcək.

Bununla bağlı qərarı Gürcüstan Neft və Qaz Korporasiyası Ermənistan tərəfinin müraciəti əsasında qəbul edib.

    Sənədə əsasən, söhbət 1990-cı illərdə minalanmış Gürcüstan-Ermənistan-Azərbaycan sərhədyanı zonasında yerləşən hissədən gedir. Bu hissədə təhlükəsizliyin minimal standarlarını təmin etmək və təmir işləri aparmaq mümkünsüzdür.

    Boru kəmərinin bir neçə kilometr təhlükəsiz məsafəyə köçürülməsi və Ermənistan tərəfinin inşa etdirdiyi yeni hissəyə birləşdirilməsi planlaşdırılır.

    Qeyd edək ki, Gürcüstan ərazisindən keçən boru kəməri Ermənistana təbii qaz tədarükünün əsas marşrutlarından biridir. Ermənistan qazı Gürcüstanın tranzit infrastrukturu vasitəsilə Rusiyadan alır.

    apa

    Seçilən
    2
    3
    banco.az

    4Mənbələr