ain.az, Redaktor.az saytına istinadən bildirir.
Yəmən Husi üsyançı hərəkatı olan "Ənsar Allah" Səudiyyə Ərəbistanı hökumətinə xəbərdarlıq edərək Yaxın Şərq münaqişəsinə müdaxilə etməklə hədələyib.
Redaktor.az-ın məlumatına görə, hərəkat liderinin açıqlaması Yəmən xəbər agentliyi SABA tərəfindən sitat gətirilib.
Hərəkatın lideri Əbdülməlik əl-Hüseyn bildirib: "Bəyan edirəm ki, dövrümüzün tiranlarına - yəhudilərə, sionistlərə və onların amerikalı əlaltılarına qarşı cihad kimi İslami borcumuzu yerinə yetirməkdən çəkinməyəcəyik".
Çıxışı zamanı o, həmçinin Ər-Riyadı Yəmən xalqına qarşı düşmən münasibətinə son qoymağa və mehriban qonşuluq prinsipini qəbul etməyə çağırıb.
Aminə ŞAHSUVARQIZI
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.