AZ

Beş ərəb ölkəsi ABŞ-yə İrana zərbələr üçün dəstək verib - İDDİA

Fars körfəzi regionunda yerləşən beş ərəb ölkəsi ABŞ-a İrana qarşı zərbələr endirmək üçün öz ərazilərindən və hava məkanından istifadə imkanı yaradıb.

Adalet.az xəbər verir ki, bu barədə "Tasnim" xəbər agentliyi məlumat yayıb.

Agentliyin İran kəşfiyyatındakı mənbələrə istinadən bildirdiyinə görə, Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı müxtəlif formalarda ABŞ Silahlı Qüvvələrinə dəstək göstərib.

Məlumata görə, bu dəstək çərçivəsində ABŞ-nin İrana qarşı həyata keçirdiyi raket, hava və dəniz hücumları zamanı qeyd olunan ölkələrin ərazi suları, hava məkanı və hərbi bazalarından istifadə olunub.

Seçilən
1
3
adalet.az

4Mənbələr