AZ

Fitso vətənə xəyanətdə ittiham olunur Slovakiya polisi istintaqa başlayıb

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

Slovakiya polisi Baş nazir Robert Fitsoya qarşı vətənə xəyanət və digər cinayətlər ittihamı ilə istintaqa başladıb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə müxalifətdəki Azadlıq və Həmrəylik (SaS) partiyasının lideri Bronislav Qrülinq “Facebook”-da məlumat verib. O, iddia edib ki, SaS üzvlərindən əlavə, cinayət işilə bağlı petisiyanı 13 mindən çox ölkə vətəndaşı dəstəkləyib və bu, onu "tarixin ən böyük petisiyası" halına gətirib.

Qrülinq qeyd edib ki, fevralın sonlarında Slovakiya Respublikasının Baş Prokurorluğuna təqdim edilən petisiya əvvəlcə regional prokurorluğa, daha sonra isə polisə göndərilib. O, həmçinin hüquq-mühafizə orqanlarının işini yüksək qiymətləndirib. "Həm prokurorluğun, həm də polisin bu işlə bağlı tədbir görməsini və bu barədə susmamasını yüksək qiymətləndirirəm", - deyə partiya lideri vurğulayıb.

Qrülinqin sözlərinə görə, Baş nazirə qarşı şikayət vəzifə səlahiyyətlərindən sui-istifadə, xəyanət, qeyri-insani davranış, başqasının əmlakının idarə edilməsində öhdəliklərin pozulması və terror aktı törətmək şübhələri ilə bağlıdır.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
21
azpolitika.info

1Mənbələr